Azərbaycan millisinin futbolçusu zədələnib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev Maltaya qarşı
keçirilən yoxlama oyunu (0:2) zamanı onun əzələsi dartılaraq
zədələnib.

Trend xəbər verir ki,
meydanı xərəkdə tərk etməyə məcbur olan Xəyal 10-cu dəqiqədə
Nəriman Axundzadə ilə əvəzlənib.




Xatırladaq ki, yığma komandamız Avstriya toplanışında növbəti
görüşünü iyunun 9-da San Marinoya qarşı keçirəcək.