ABŞ ordusu əfsanəvi təyyarənin istismarını dayandırıb

Baş səhifə

Bakı.Trend:

ABŞ Dəniz Piyadaları Korpusu şaquli qalxma və enmə qabiliyyətinə
malik “AV-8B Harrier II” hücum təyyarəsini rəsmi olaraq istismardan
çıxarıb. Mərasim Şimali Karolina ştatındakı Çerri-Poynt
aviabazasında keçirilib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, beş min tamaşaçının gözü qarşısında Harrier son
dəfə özünəməxsus qabiliyyətini – havada asılı vəziyyətdə qalmağı və
uçuş-eniş zolağı olmadan havaya qalxmaq bacarığını nümayiş etdirib.
Məhz bu xüsusiyyət yarım əsrdən artıq xidmət müddəti ərzində onu
dünyanın müxtəlif bölgələrində baş vermiş onlarla silahlı
münaqişədə əvəzolunmaz edib.




“Harrier üçün aerodrom lazım deyildi”, – deyə təxris olunmuş
keçmiş pilot, dəniz piyadaları polkovnik-leytenantı Mayk Rauntri
“Task & Purpose” nəşrinə bildirib.

Onun sözlərinə görə, təyyarənin idarə olunması üçün sükan
arxasında bir dəniz piyadasının olması, həmçinin yanacaq
doldurulması və silahların yüklənməsi üçün bir neçə nəfərin
iştirakı kifayət edirdi. Bu, hətta primitiv meydançalarda belə
mümkün olurdu.