
Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna
yoluxanların sayı artaraq 321 nəfərə çatıb.
Trend xəbər verir ki,
bu barədə “Reuters” agentliyi xəbər yayıb.
Məlumata əsasən, daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ölkədə
Ebola virusuna 906 şübhəli yoluxma halının qeydə alındığını
bildirmişdi. Bazar günü KDR hakimiyyəti təsdiqlənmiş yoluxma
hallarının əvvəlcə 282, daha sonra isə 321 nəfərə yüksəldiyini
açıqlayıb.
Agentliyin məlumatına görə, beynəlxalq CEPI (Epidemiyaya
Hazırlıq İnnovasiyaları Koalisiyası) təşkilatı ölkənin şərqində
yayılan “Ebola-Bundibuqyo” ştammına qarşı peyvəndlərin hazırlanması
işlərini sürətləndirmək məqsədilə “Moderna” şirkətinə təxminən 60
milyon dollar vəsait ayıracaq.
Xatırladılıb ki, CEPI COVID-19 pandemiyası dövründə vaksinlərin
hazırlanmasına maliyyə dəstəyi göstərən ilk investorlar sırasında
yer alıb.

