
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələri İran tərəfindən atıldığı raket və dronları
ələ keçirdikdən sonra Qeşm adasındakı yerüstü idarəetmə mərkəzinə
zərbələr endirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb.
“ABŞ ordusu iyunun 2-də İranın Yaxın Şərqdəki hücumlarına cavab
olaraq bir neçə ballistik raketi və dronu uğurla vurub və
özünümüdafiə zərbələri endirib”, – deyə bildirilib.
CENTCOM-un məlumatına əsasən, İran beş raket atıb, lakin
onlardan heç biri hədəflərinə dəyməyib. Biildirilib ki, ABŞ ordusu
İranın üç dronunu vurub. Bəyanatda əlavə edilib ki, “ABŞ qüvvələri
həmçinin Qeşm adasında hərbi yerüstü idarəetmə obyektinə qarşı
özünümüdafiə zərbələri endirib”.

