
Bakı. Trend:
3 iyun axşam saatlarınad Yaponiyada “Çanmi” tayfunu səbəbindən
bağlanmış 13 “Toyota” zavodu fəaliyyətini bərpa edəcək.
Trend-in
məlumatına görə, bu barədə “Toyota Motor” şirkəti açıqlama
verib.
Məlumata əsasən, müəssisələrə və ya onların heyətinə heç bir
ziyan dəyməyib.
“Çanmi” tayfunu Yaponiyanın əsas adası olan Honşu adasının Sakit
okean sahili boyunca saatda 40 km (25 mil) sürətlə hərəkət edir.
Güclü yağış və 45 m/s (150 mil) sürətə çatan küləklər gətirir.

