ABŞ İran limanına gedən boş tankerə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

ABŞ hərbçiləri yük daşımayan və İran limanına doğru hərəkət edən “Lexie” neft tankerinə Hellfire raketi ilə zərbə endirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi
Komandanlığı (CENTCOM) xəbər verib.




“CENTCOM blokadanın icrasını təmin edərək, Botsvana bayrağı
altında beynəlxalq sularda Xark adası istiqamətində hərəkət edən “Lexie” tankerinə qarşı tədbir görüb. Gəmi heyəti 24 saat ərzində
dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb və ABŞ Silahlı
Qüvvələrinin göstərişlərini yerinə yetirməyib. Nəticədə ABŞ-a
məxsus hava vasitəsi tanker İran ərazisinə çata bilməsin deyə maşın
bölməsinə “Hellfire” raketi ataraq onu sıradan çıxarıb”, – deyə
komandanlığın açıqlamasında bildirilir.