Avropa Çempionatı: Azərbaycan millisi yarımfinala çıxdı

Baş səhifə

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununda da qələbə qazanıb.

Modern.az xəbər verir ki, komandamız ötən gecə Çexiya ilə qarşılaşıb.

“Tipos Arena”da keçirilən görüş Azərbaycan millisinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. 

Azərbaycan millisi bu qələbə sayəsində yarımfinala çıxıb. Yarımfinalda millimiz Serbiya ilə qarşılaşacaq.

Xatırladaq ki, millimiz 1/8 finalda Qazaxıstan yığmasına qalib gəlib – 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.