
Bakı. Trend:
Bu gün Astaranın bir sıra ərazilərində elektrik enerjisinin
verilişində fasilə yaranacaq.
Bu barədə Trend-ə “Azərişıq” ASC-dən məlumat verilib.
Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan “Lovain” hava xəttində təmir
işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək
rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku,
Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində
elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli
elektrik enerjisi ilə təmin olunacaq.

