İsrail Beyrutdakı əməliyyatları genişləndirmək üçün ABŞ-dən dəstək istəyib

Baş səhifə

Bakı. Trend:

İsrail rəsmiləri Livanın paytaxtı Beyrutda İsrail Müdafiə
Qüvvələrinin (İMQ) əməliyyatlarını genişləndirmək üçün Vaşinqtonun
razılığını almağa çalışırlar.

Trend-in
məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti mənbələrə
istinadla məlumat yayıb.




Nəşrin məlumatına görə, İsrailin yüksəkvəzifəli rəsmiləri ABŞ
administrasiyasının nümayəndələri ilə görüşlərdə İMQ-nin Beyruta
qarşı əməliyyatlarının genişləndirilməsinə dəstək verilməsini xahiş
ediblər.

Mənbələr bildiriblər ki, İsrail tərəfi həm Vaşinqton–Tehran, həm
də İsrail–Livan danışıqlarında irəliləyiş əldə olunmamasını nəzərə
alaraq ABŞ-nin bu məsələdə müsbət mövqe tutacağına ümid edir.