
Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi səfərdən dönən yol hərəkəti
iştirakçılarına müraciət edib.
İdarədən Trend-ə verilən məlumata görə, bayramlarla əlaqəli
qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış
yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi
artacaqdır.
“Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət
edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün
təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı
vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi
xahiş edir.
Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin
texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün
qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət
rejiminə ciddi əməl etməyə çağırırıq”, – deyə müraciətdə
bildirilir.

