
Bakı. Trend:
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər
arasında Avropa çempionatı start götürəcək.
Trend xəbər verir ki, ilk
yarış günündə Azərbaycanın dörd çəki dərəcəsində 7 cüdoçusu
tatamiyə çıxacaq.
Kişilər
60 kiloqram, 1/8 final
Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) /Andrea Karlino
(İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi
(Macarıstan) cütünün qalibi ilə
66 kiloqram, 1/16 final
Turan Bayramov – Nikolas Kuntse (Almaniya)
Qadınlar
48 kiloqram, 1/16 final
Könül Əliyeva – Amber Gersyes (Niderland)
Şəfəq Həmidova – Erza Muminoviç (Kosovo)
52 kiloqram, 1/16 final
Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 10:00-da, final isə
16:00-da başlayacaq.
Qeyd edək ki, aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46
ölkədən 400 idmançı qüvvəsini sınayacaq.

