
Bakı. Trend:
Fransada Avropanın ən böyük 3D-printerlə çap edilmiş çoxmənzilli
binası inşa olunub
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Fransada 3D çap texnologiyası vasitəsilə tikilmiş Avropanın ən
böyük çoxmənzilli yaşayış binasının inşası başa çatıb. Üçmərtəbəli
kompleksdə 12 sosial mənzil yerləşir və binanın çap prosesi cəmi 34
gün çəkib.
ViliaSprint² layihəsi “Plurial Novilia” tikinti şirkəti ilə
“HOBO Architecture” memarlıq bürosunun birgə əməkdaşlığı
çərçivəsində həyata keçirilib. Çap işlərini COBOD BOD2 printerindən
istifadə edən “PERI 3D Construction” şirkəti yerinə yetirib. Yeni
bina həmin tikinti şirkətinin ənənəvi üsulla inşa etdiyi, demək
olar ki, eyni olan başqa bir binanın yaxınlığında yerləşir. Lakin
həmin binanın tikintisi üç ay daha çox vaxt aparıb.
ViliaSprint² ənənəvi texnologiya ilə tikilmiş qonşu binadan üç
ay əvvəl tamamlanıb.
Binanın daxili sahəsi üç mərtəbə üzrə bölüşdürülmüş 800
kvadratmetr yaşayış sahəsini əhatə edir. Sosial təyinatlı 12
mənzilin hər birinin öz eyvanı var.
Mövcud məlumatlara əsasən, ViliaSprint² dünyada 3D-printer
vasitəsilə çap edilmiş ən böyük çoxmənzilli bina hesab edilə bilər.
Lakin bu sahə o qədər sürətlə və qeyri-mərkəzləşdirilmiş şəkildə
inkişaf edir ki, daha iri layihələrin mövcudluğunu da istisna etmək
mümkün deyil.

