Bakı. Trend:
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Motor”
klubundan ayrılır.
Trend-in məlumatına görə, bu barədə Lublin təmsilçisinin rəsmi
saytı məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı hücumçu ilə iyunun 30-da başa çatacaq
müqavilənin müddəti uzadılmayacaq.
Qeyd edək ki, “Motor” klubuna ötən ilin iyul ayında qoşulan
Renat Dadaşov bu komandanın heyətində 22 oyun keçirib.

