Son altı ildə nikah və boşanmaların sayı necə dəyişib?

Baş səhifə

Bakı. Trend:

2020-ci ildə Azərbaycanda 35348 nikah və 14628 boşanma qeydə
alınıb.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

2021-ci ildə isə 56314 nikah, 17191 boşanma olub. 2022-ci ildə
rəqəmlər 61939 (nikah) və 15983 (boşanma) kimidir.
2023-cü ildə 54200 nikah, 21688 boşanma qeydə alınıb. 2024-cü ildə
rəqəmlər 49508 (nikah) və 21384-dür (boşanma).




2025-ci ildə isə 48546 nikah bağlanıb, 20675 cütlük isə
boşanıb.

Statistikadan görünür ki, 2020-2025-ci illər ərzində ən çox
nikah 2022-ci ildə (61939), ən çox boşanma isə 2023-cü ildə (21688)
olub.

Həmçinin, 2022-2025ci illərdə ildənilə nikahların sayı azalan
tendensiyada inkişaf edib. 2023-2025ci illərdə boşanmaların sayında
ildənilə azalma müşahidə olunur.