Səudiyyə Ərəbistanında mövsümün ən yaxşıları bəlli oldu

Baş səhifə

Bakı. Trend:

“Əl-Nəsr”in hücumçusu Joau Feliş 2025/26 mövsümünün yekunlarına
əsasən Səudiyyə Pro Liqasının ən yaxşı oyunçusu seçilib.

Trend xəbər
verir ki, bu barədə Səudiyyə Ərəbistanı çempionatının mətbuat
xidməti məlumat yayıb.

​Bu mövsüm çempionatda 33 oyuna çıxan 26 yaşlı portuqaliyalı
futbolçu 20 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.




​Səudiyyə Ərəbistanı çempionatının qallibi yekunda 86 xal
toplayan “Əl-Nəsr” olub. Turnir cədvəlinin ikinci pilləsində isə
onlardan 2 xal az toplayan “Əl-Hilal” qərarlaşıb.

​Onu da qeyd edək ki, mövsümün ən yaxşı məşqçisi mükafatı “Əl-Nəsr”i çalışdıran Jorje Jezuşa qismət olub. Portuqaliyalı
mütəxəssisin bu yay Səudiyyə klubundan ayrıla biləcəyi
gözlənilir.