Çində kömür mədənində qaz partlayışı olub, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz
partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında
qalıb.

Trend xəbər verir ki,
bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə
olunması qurumuna istinadla məlumat yayıb.




Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin
normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201
nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə
dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi
istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri
araşdırılır.