Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın
və partlayış baş verib.

Trend xəbər verir ki,
bu barədə CBS şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat
yayıb.




Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan üç
nəfərin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya
yerləşdirildiyi bildirilir.

Partlayışın səbəblərinin araşdırılması məqsədilə hadisə yerinə
təhlükəli materiallar üzrə mütəxəssislər və Ətraf Mühitin
Mühafizəsi Departamentinin əməkdaşları cəlb olunublar.