AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub (FOTO)

Baş səhifə

Bakı.Trend:

“AzInTelecom” MMC Keniyada keçirilən, Afrikanın ən böyük
texnologiya və süni intellekt sərgilərindən biri “AI GITEX Kenya
2026”da iştirak edib.
İnnovasiya və süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlər
və ekspertləri bir araya gətirən tədbirdə “AzInTelecom” stendlə
təmsil olunub.
Şirkətin “AI GITEX Kenya 2026”da iştirakının başlıca hədəfi qlobal
texnologiya arenasında öz mövqeyini daha da gücləndirmək, xarici
tərəfdaşlarla strateji əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və
rəqəmsal məhsullarını beynəlxalq miqyasda nümayiş etdirmək
olub.

Tədbirdə şirkətin Kommersiya departamentinin direktoru Fərrux
Fərəcullayev çıxış edərək böyükhəcmli dataların idarə olunmasında
süni intellektin rolundan danışıb. O, bu sahədə yaranan nəhəng
məlumat axınının təhlükəsiz şəkildə emal edilməsi üçün
“AzInTelecom”un təklif etdiyi rəqəmsal infrastruktur imkanlarını
diqqətə çatdırıb.

Sərgi iştirakçıları tərəfindən şirkətin rəqəmsal məhsul və
xidmətlərinə maraq göstərilib, təqdim olunan innovativ həllər
barədə ziyarətçilərə məlumat verilib.




“AzInTelecom” haqqında

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC bulud
həlləri, rəqəmsal identifikasiya və kiberbəhlükəsizlik sahəsində
ixtisaslaşmış texnologiya şirkətidir. 2015-ci ildən fəaliyyət
göstərən şirkət “Hökumət buludu” və SİMA rəqəmsal imza kimi
ölkəmiqyaslı layihələrin provayderidir. “AzInTelecom” MMC
müştərilərə daim təhlükəsiz, dayanıqlı və əlçatan xidmətlər təklif
etməklə ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və
innovativ texnologiyaların tətbiqinə töhfə verir.