
Bakı. Trend:
“Napoli” Mauritsio Sarriyə bir illik uzatma opsiyası ilə
ikiillik müqavilə təklif etməyə hazırdır.
Trend xəbər verir ki,
bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Neapol klubu
məşqçiyə bonuslardan əlavə təxminən 3,5 milyon avro maaş təklif
edir. 2015–2018-ci illərdə komandaya rəhbərlik etmiş Sarri geri
qayıtmağa hazırdır.
Lakin bundan əvvəl məşqçi “Latsio” ilə ayrılıq məsələsində
razılığa gəlməlidir.
Bundan əvvəl Antonio Kontenin mövsümün sonunda “Napoli”dən
ayrılacağı barədə xəbərlər yayılmışdı.

