Pentaqon Avropadakı ABŞ briqadalarının sayını üçə endirdiyini açıqlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi Avropada yerləşən briqada döyüş
qruplarının ümumi sayını dörddən üçə endirib.

Trend-in
məlumatına görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Şon Parnell
bildirib.




“Bu, bizi 2021-ci ildə Avropada mövcud olan briqada döyüş
qrupları səviyyəsinə qaytarır. QərarAmerika qüvvələrinin Avropada
yerləşdirilməsinə yönəlmiş hərtərəfli, çoxqatlı prosesi nəticəsində
verilib”, deyə o bildirib.

O qeyd edib ki, “bu, Amerika Birləşmiş Ştatlarının nümunəvi
müttəfiqi olan Polşaya Amerika qoşunlarının yerləşdirilməsinin
müvəqqəti gecikməsinə səbəb olur”.