
Yalnız bəyannamə qəbul edilməsi ilə kifayətlənmək yox, həm də
real addımlar atmaq lazımdır.
Trend xəbər verir ki,
bunu Zimbabvenin Vitse-prezidenti Konstantino Quveya Dominik
Nyikadzino Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası
çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
Onun sözlərinə görə, Zimbabve ağıllı, dayanıqlı və inklüziv
şəhərlərin qurulmasını prioritet kimi görür:
“Biz Azərbaycan Respublikasına, Birləşmiş Millətlər Təşkilatının
Məskunlaşma Proqramına (UN-Habitat) bu konfransın təşkili üçün
minnətdarlığımızı bildiririk.
Zimbabve hökuməti mənzili bütün hər kəsin təməl hüququ kimi
görür. Biz bu sahədə artıq strateji istiqamətimizi
müəyyənləşdirmişik. 2030-cu ilə qədər şəhərləri və insan
məskənlərini inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı etməyi
planlayırıq. WUF13-dən isə Dayanıqlı İnkişaf Gündəliyinin həyata
keçirilməsinə yönəlik strategiyalar üçün praktik yanaşmalar
gözləyirik”, o qeyd edib.

