
Bakı. Trend:
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq
Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud BMT-nin Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək
məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
Trend xəbər verir ki,
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər
qarşılayıblar.

