Ağcabədidə avtomobil darvazaya çırpıldı, ölən var (FOTO)

Baş səhifə

Ağcabədi. Trend:

Ağcabədidə avtomobil darvazaya çırpıldı, sürücü öldü.

Trend-in yerli
bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Ağcabədi şəhər
ərazisində baş verib. Laçın rayon sakini 1996-cı il təvəllüdlü
Xanlarov Bahadur idarə etdiyi “Mercedes” markalı avtomobil ilə
hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı həyətin
dəmir darvazaya çırpılıb.




Nəticədə sürücü B.Xanlarov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.