Hindistanda avtosisternin iştirakı ilə ağır qəzada 6 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Hindistanın Karnataka ştatında azı altı nəfər, o cümlədən bir
uşaq və 3 qadın ağır yol qəzası nəticəsində həlak olub.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, cümə günü axşam saatlarında avtosistern yüksək
sürətlə içində sərnişinlərin olduğu nəqliyyat vasitəsinə çırpılıb.
Toqquşma nəticəsində sərnişinlərin olduğu traktor, körpüdən yerə
aşıb.




Qeyd olunur ki, qurbanlar yerli məbədə yollanan zəvvarlar olub.
Onların Bellari dairəsinin sakinləri olduğu bildirilir.

Nəqliyyat vasitəsinin idarəolunması zamanı etinadızlığa və bir
neçə nəfərin ölümünə səbəb olduğuna görə avtosisternin sürücüsü
həbs olunub.