Bakı. Trend:
ABŞ-nin İrana qarşı hərbi əməliyyatları davam etdiriləcək.
Trend-in
məlumatına görə, bu barədə D. Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.
Pekində dövlət səfərində olan Tramp Çin prezidenti Si Cinpinlə
danışıqların gedişatından danışarkən bildirib ki, Çin lideri onu
ikinci prezidentlik müddətində qazandığı uğurlara görə təbrik
edib.
Tramp administrasiyasının nailiyyətləri arasında, xüsusən də “Venesuela üzərində hərbi qələbə, onunla çiçəklənən münasibətlər və
İranın hərbi cəhətdən məhv edilməsi”ni qeyd edərək, “bunun davam
edəcəyini” əlavə edib.

