
Bakı. Trend:
“Qəbələ” klubu Asif Məmmədova görə 10 min manat cərimələnib.
Trend xəbər
verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul
olunub.
Misli Premyer Liqasının XXXI turunun mayın 9-da keçirilən “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin
futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı
vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu 4 matç
cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.
Həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil
olması klubu əlavə 2 500 manat, meydana kənar əşya atılması isə 2
000 manat ziyana salıb.
Mayın 10-da baş tutan “Neftçi” – “Şamaxı” oyununda 4 futbolçusu
sarı vərəqə ilə xəbərdarlıq alan “Şamaxı” 700 manat
cərimələnib.

