Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə
Azərbaycan parlament nümayəndə heyəti İkinci Asiya Qadınlar
Forumunda iştirak etmək məqsədilə Özbəkistan Respublikasına səfərə
gedib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Buxara şəhərinin beynəlxalq hava limanında spiker
Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara
Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və
digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edilib ki, səfər çərçivəsində Milli Məclisin sədri Sahibə
Qafarovanın İkinci Asiya Qadınlar Forumunun rəsmi açılış
mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə
tutulur.