
Bakı. Trend:
KOBİA-nın təşkilatçılığı ilə cari ilin yanvar-mart aylarında
keçirilmiş sahəvi görüşlərdə 700-ə yaxın sahibkar iştirak
edib.
May ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə Bakı və Şəki şəhərlərində, Sabirabad, Gədəbəy,
Füzuli, Yardımlı və Naxçıvan Muxtar Respublikasının Ordubad
rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər
keçiriləcək. Bu görüşlər sahibkarlıqla bağlı dövlətin dəstək
mexanizmləri, arıçılıq və bal məhsullarının satışı, ekoturizm
sahəsində imkanlar, sahibkarlıq sahəsində yoxlamaların
tənzimlənməsi, gənclərin biznes fəaliyyətinə cəlb olunması,
işğaldan azad edilmiş ərazilərdə ticarət və xidmət sahəsində
imkanlar, orqanik məhsulların emalı və satışı kimi mövzuları əhatə
edəcək.
Onlayn və oflayn formatlarda təşkil olunacaq görüşlərdə
KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri
sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, müvafiq sahələrdə
imkanlar, dövlət dəstəyi mexanizmləri barədə məlumat verəcək,
onları maraqlandıran sualları cavablandıracaq.
Sahibkarlar may ayında keçiriləcək sahəvi görüşlər barədə
ətraflı məlumatla bu linkə keçid etməklə tanış ola bilərlər:
https://smbgovaz.short.gy/6HFTih
Qeyd edək ki, KOBİA tərəfindən 2026-cı ilin yanvar-mart ayları
ərzində ölkənin bütün regionlarını əhatə etməklə 26 sahəvi görüş və
maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 700-ə yaxın KOB
subyekti iştirak edib.

