ABŞ Çini İrana kömək etməyin Vaşinqtonla münasibətlərə zərər verəcəyi barədə məlumatlandırıb

Baş səhifə

ABŞ Çini İrana kömək etməyin ABŞ-Çin münasibətlərinə zərər verəcəyi barədə məlumatlandırıb.

APA xəbər verir ki, bunu mətbuata açıqlamasında ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Biz onlara İrana hər hansı bir dəstəyin verilməsinin münasibətlərimizə mütləq zərər verəcəyini açıq şəkildə bildirmişik. Bu məsələ danışıqlarda mütləq qaldırılacaq”, – o deyib.