Bakı. Trend:
175 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi
mayın 14-də pəncərədən yıxılıb.
Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat
verilib.
Məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi
yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə
üçün səhiyyə müəssisəsinə aparılıb.
“Tibb müəssisəsində şagird müayinə olunub, hər hansı ciddi
xəsarəti yoxdur Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və
aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar
tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.
Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif
yoldaşları və müəllimlərlə söhbət aparılır.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə
daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların
açıqlamalarına istinad edilməsi xahiş olunur”, – məlumatda qeyd
edilib.

