Koçaryan həbsdə olmalıdır – Paşinyan

Baş səhifə

Bakı.Trend:

“1 mart” işi açılıb, yüz faiz açılıb, bütün təfərrüatları ilə
açılıb. Hüquq-mühafizə sistemimizin dəstəbaşı Robert Koçaryanı
hüquqi məsuliyyətə cəlb etməli olduğu artıq başqa məsələdir.
Qısası, Robert Koçaryan həbsdə olmalıdır”.

Trend xarici
mediaya xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan
mayın 14-də seçkiqabağı təşviqat zamanı bildirib.

Onun sözlərinə görə, bu baş verməyənə qədər hakimiyyət
Ermənistanda ədalətli məhkəmə sisteminin mövcud olduğuna heç kəsi
inandıra bilməyəcək.




“Mənim ünvanıma səslənən və cavab verməkdə ən çox çətinlik
çəkdiyim ittiham belədir: insanlar soruşurlar ki, Robert Koçaryan
niyə azadlıqdadır”, – deyə Paşinyan qeyd edib.

O bildirib ki, şəxsən özünə aid məsələlərdən mümkün qədər uzaq
durmağa çalışır, çünki vəsvəsə böyükdür və həmçinin onun “hakimiyyətə şəxsi problemlərini həll etmək üçün gəldiyi”
təəssüratının yaranmamasından ehtiyat edir.

“Mən istəyirəm ki, məsələlər institusional səviyyədə həll
olunsun. Bu – oliqarx qruplarının necə formalaşmasından tutmuş,
hərbi geyimlərin necə paylanmasına qədər – ictimai işdir”, – deyə
Paşinyan yekunlaşdırıb.