
Bakı. Trend:
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında
imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu
ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ)
nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında
digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan
müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi
vurğulanıb.
Tərəflər, Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari
vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri
arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə
mübadiləsinin aparılmasıdır.

