
Bakı.Trend:
Qırğızıstanın Mülki Aviasiya Dövlət Agentliyi iyulun 7-də Bişkek
hava limanında “Tez Jet” aviaşirkətinə məxsus təyyarə ilə baş
vermiş insidentdən sonra şirkətin lisenziyasını ləğv edib.
“Bədbəxt hadisədən dərhal sonra Qırğızıstan Respublikasının
Mülki Aviasiya Dövlət Agentliyi insidentin başvermə şəraiti ilə
bağlı rəsmi araşdırmaya başlayıb. … Yoxlamanın nəticələrinə
əsasən, Qırğızıstan Respublikasının aviasiya qanunvericiliyinin
uçuşların təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsir göstərən
tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Aşkarlanmış
pozuntular əsasında Mülki Aviasiya Dövlət Agentliyi “Tez Jet”
aviaşirkətinin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul
edib”, – məlumatda bildirilir.
Dövlət Agentliyi həmçinin vurğulayıb ki, fəaliyyəti uçuşların
təhlükəsizliyi üçün risk yaradan istənilən istismarçıya münasibətdə
bundan sonra da “ən prinsipial və ən sərt qərarlar” qəbul
ediləcək.

