Bakı.Trend:
Hədə-qorxu ilə tələb etmə, qətl, dələduzluqda təqsirləndirilən
İlham Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıdan
məhrum edilib.
Bundan başqa, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin on
müxtəlif maddəsi ilə ittiham edilib.

