
Bakı. Trend:
“Amazon” korporasiyasının tərkib hissəsi olan “Amazon Web
Services” (AWS) bulud servisi ABŞ-nin “OpenAI” şirkəti ilə 38
milyard dollar dəyərində müqavilə bağlayıb.
Trend xəbər verir
ki, bu barədə “Amazon” məlumat yayıb.
Müqaviləyə əsasən, AWS “OpenAI” şirkətinin “Nvidia” çiplərini
əldə etməsinə və yüzminlərlə qabaqcıl qrafik prosessorun
istifadəsinə imkan yaradacaq. Bu razılaşma “OpenAI”yə “ChatGPT”
çat-botunun fəaliyyətini daha da təkmilləşdirməyə şərait
yaradacaq.
Qeyd olunur ki, müqavilə yeddi il müddətinə bağlanıb və bu
müddət ərzində onun dəyərinin daha da artacağı gözlənilir.

