"Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib

Baş səhifə

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçları başa çatıb.

Modern.az xəbər verir ki, günün ikinci oyununda “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Sabah”ı qəbul edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges, qonaqlarda isə Umarali Raxmonaliyev dubl ediblər.

Günün ilk matçında “Zirə” “Turan Tovuz”a 2:0 hesablı qalib gəlib.

Xatırladaq ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-22-də keçiriləcək.