Ya İran razılaşmaya gedəcək, ya da ABŞ “başladığı işi bitirəcək” – Tramp

Baş səhifə

Bakı. Trend:

Ya Tehran Vaşinqtonla kompromis razılaşmasına çatacaq, ya da ABŞ
İranda “başladığı işi bitirəcək”.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
jurnalistlərə deyib.




“Onlar ya düzgün olanı edəcəklər, ya da biz başladığımız işi
bitirəcəyik. <…> Ya biz razılığa gəlirik, ya da onlar məhv
ediləcəklər. Bu və ya digər şəkildə biz qalib gəlirik”, – deyə ABŞ
prezidenti bildirib.

Amerika lideri İranla atəşkəsdən imtina etməyə hazır
olub-olmadığı sualına qəti cavab verməyib. Prezident deyib: “Bu
barədə [Pekinə] uçuş zamanı düşünəcəyik. Və qısa müddət ərzində
[sonra] yenidən düşünəcəyik”.