
Bakı. Trend:
Mayın 11-də saat 07:00 radələrində Bakının Suraxanı rayonunda
ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Trend-in
məlumatına görə, Göyçayev Orxan Elxan oğlu idarə etdiyi “BYD Seal
05” markalı avtomobillə Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində
hərəkətdə olarkən piyada Yekaterina Serafimovna Əzizovanı
vurub.
Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb və
hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb,
istintaq aparılır.


