Lökbatandakı yanğında xəsarət alan olub? – TƏBİB-dən açıqlama

Baş səhifə

12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Modern.az-a verilən məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.