​”Qalatasaray” dünya ulduzunu alır

Baş səhifə

İstanbulun “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Türkiyə nəhəngi “Arsenal”in ulduzu Martın Odeqardla razılığa gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli mətbuat norveçli futbolçunun menecerinin bir neçə gün əvvəl İstanbulda olduğunu, tərəflərin texniki məsələləri razilaşdığını yazıb.

10 nömrə mövqeyində oynayan Martin qüsürsuz ötürmələri ilə məşhurdur. “Qalatasaray” 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalamağa hazirlaşır.

Qeyd edək Martin Odeqard hazırda Norveç milli komandasının heyətində Dünya Çempionatında mübarizə aparır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.