Yəmən İranı ölkənin suverenliyini pozmaqda ittiham edib

Baş səhifə

Bakı. Trend:

Yənin beynəlxalq səviyyədə qəbul olunan və Səudiyyə
Ərəbistanının dəstəklədiyi prezident şurası İranı ölkənin
suverenliyini pozmaqda və yaxın Şərqdə təhlükəsizliyə təhdidlar
yağdırmaqda ittiham edib.

Bu barədə Yəmənin “Səba” dövlət informasiya agentliyi məlumat
yayıb.

Məlumata görə, buna səbəb İranın hava məkanına tətbiq olunan
məhdudiyyətləri pozaraq husi qüvvələrin nəzarətində olan Sənaya
mülki təyyarə göndərməsi olub.




Həmin təyyarə ilə husi nümayəndə heyəti İranın ali rəhbəri Əli
Xameneinin dəfn mərasimində iştirak etmək üçün Tehrana
yollanıb.

“Bu, Yəmən Respublikasının suverenliyinin, beynəlxalq hüququn və
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə
pozulmasıdır”, – deyə Yəmən hökumətinin bəyanatında deyilir.