Aİ və Rusiya ilə münasibətlərə dair referendum keçirməyə ehtiyac yoxdur – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) tamhüquqlu üzvü
olaraq qalır, Aİ və Rusiya ilə münasibətlərə dair referendum
keçirməyə ehtiyac yoxdur.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol
Paşinyan bildirib.

“Biz Rusiya prezidenti ilə Ermənistanın Aİ və Rusiya ilə
münasibətlərinə dair işçi səviyyəsində müzakirələr apardıq. Mən
dəfələrlə açıq şəkildə qeyd etmişəm ki, de-yure və de-fakto
arasında seçim etmək lazım gələnə qədər bu məsələni gündəliyimizə
daxil etməyəcəyik”, – deyə Paşinyan bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi “boşanma”
termini ilə razılaşmadığını qeyd edib.

“Biz dövlətlərarası münasibətləri nikahla qarışdırırıq.
Ermənistan dövlətlərarası münasibətlərində dövlətlərarası məntiqə
əsaslanır. Biz AİB-in tamhüquqlu üzvüyük. AİB-in üzvü olduğumuz
müddətcə bütün qərarların qəbul edilməsində tam iştirak edirik”, –
deyə Paşinyan bildirib.

O qeyd edib ki, obyektiv ehtiyac yarandıqda referendum
keçirəcəklər.

“Mənim qiymətləndirməm budur ki, buna sadəcə olaraq obyektiv
ehtiyac yoxdur”, – deyə Ermənistanın baş naziri bildirib.