
Bakı. Trend:
“Fənərbaxça” yayda heyətini ispan futbolçu ilə gücləndirə
bilər.
Trend xarici
mediaya istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Roma”nın
müdafiəçisi Mario Hermosoya maraq göstərir. Hətta “Fənərbaxça”nın
rəsmilərinin Hermosonun təmsilçisi ilə danışıqlara start verdiyi də
bildirilir.
“Real”ın (Madrid) yetirməsi olan Mario əsas komandada oynamayıb.
O, “Valyadolid”, “Espanyol”, “Atletiko” (Madrid), “Roma” və “Bayer”
(Leverkuzen) klublarında forma geyinib.
“Roma” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-a qədər olan 30
yaşlı futbolçu Türkiyəyə yollanmağa hazırdır.


