
Bakı. Trend:
Yasamal rayonunda marketlərin birindən 490 manat dəyərində
elektron siqaretlər oğurlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, elektron siqaretləri oğurlamaqda şübhəli bilinən
33 yaşlı M.Məcidli saxlanılıb.
Bundan başqa naməlum şəxs Sabunçu rayonunun Ramana qəsəbəsində
yerləşən marketdən ümumi dəyəri 1000 manat olan kosmetik
ləvazimatları oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov
müəyyən edilərək saxlanlıb.
Hər iki fakt üzrə araşdırmalar aparılır.


