Ukrayna ABŞ-da liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib

Baş səhifə

Kiyev ABŞ-da müharibənin yekunlaşdırılması üçün liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun ABŞ-da keçirdiyi görüşlərin nəticələrinə həsr olunmuş paylaşımında Zelenski yaxınlarda əsirlərin mübadiləsinin mümkün ola biləcəyini qeyd edib.

“Əsas məqam ondan ibarətdir ki, ABŞ diplomatik prosesdə qalır və xüsusilə əsirlərin mübadiləsi məsələsində vasitəçi rolunu oynayır. Müvafiq səviyyədə əlaqələr davam edir ki, mübadilə razılaşmasının formatı uzlaşdırılsın. Siyahılar təqdim edilib və Ukrayna tərəfi ABŞ-ın bu razılaşmanın icrasında aktiv rol oynayacağını gözləyir”, – o vurğulayıb.