Azərbaycan qılıncoynadanları Türkiyədə iki bürünc medal qazanıblar

Baş səhifə
Azərbaycan qılıncoynadanları Türkiyədə iki bürünc medal qazanıblar

Azərbaycan qılıncoynadanları Türkiyənin paytaxtı Ankarada keçirilən açıq turnirdə iki bürünc medal qazanıblar.

Bu barədə “Report”a Azərbaycan Qılıncoynatma Federasiyasından məlumat verilib.

Maqsud Hüseynli böyüklərin, Fərəh Abasova isə gənclərin sablya növündə mükafatçılar sırasına düşüb.

Kişi sablyaçılardan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.

Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.