Almaniyada qaz qiymətləri bahalaşacaq – Müller xəbərdarlıq etdi

Baş səhifə

Bakı. Trend:

İranla bağlı münaqişə Almaniyada qaz qiymətlərinin orta dərəcədə
artmasına səbəb olacaq.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu Almaniya Federal Şəbəkə
Agentliyinin rəhbəri Klaus Müller deyib.

Müller bildirib ki, İran müharibəsinin nəticələrini birjalarda
qaz almaq məcburiyyətində qalan hər kəs hiss edir.

“Lakin, əksər fərdi ev təsərrüfatları üçün qiymətlər 12 ay və ya
daha uzun müddətə zəmanətlidir. Qiymət artımları yeni müqavilələr
bağlanması halında tətbiq olunacaq”, – deyə Müller qeyd edib.




Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişənin başlamasından
sonrakı miqyasda artım olmayacaq. Eyni zamanda, Almaniya
tənzimləyicisinin rəhbəri qazla ehtiyatlı davranmağa çağırıb. O
bildirib ki, qaz dəyərli resursdur. Müller qeyd edib ki, elektrik
enerjisi ilə bağlı vəziyyət fərqlidir.

“Elektrik sektorunda qiymətlərin azaldığını görürük. Bu da
qismən mövsümi xarakter daşıyan ucuz bərpa olunan enerjinin
əhəmiyyətli bir hissəsi ilə əlaqədardır”, – deyə agentlik rəhbəri
bildirib.

Son illərdə Almaniya uzunmüddətli iqtisadi böhran yaşayır. Bu
böhran əvvəlcə COVID-19 pandemiyası ilə ortaya çıxıb, daha sonra
isə Rusiyadan qaz təchizatının dayandırılmasından sonra daha da
güclənib.