Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Fransada hantavirusa ilk yoluxma halı təsdiqlənib.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri
Stefani Rist açıqlama yayıb.

Xəstəlik aşkarlanan qadın “MV Hondius” gəmisində olub və mayın
10-da Kanar adalarından Fransaya təxliyə edilib. Onun vəziyyətinin
ağır olduğu bildirilir.




Fransaya gətirilən beş sərnişindən yalnız birində virus
aşkarlanıb. Digər dörd nəfərin ilkin test nəticələri mənfi olsa da,
onların azı 15 gün xəstəxanada müşahidə altında saxlanılacağı
açıqlanıb.

Fransa mediasının məlumatına əsasən, ölkədə virusla əlaqəli
təxminən 20 nəfər təcrid olunub. Onlar yoluxmuş şəxslərlə təmasda
olduqları üçün risk qrupuna daxil ediliblər.