Bu kapitulyasiya deyil! – Pezeşkian

Baş səhifə

Dialoq və danışıqlarla bağlı söhbətlər nə kapitulyasiya, nə də geri çəkilmədir; bunlar İran xalqının hüquqlarının və ölkənin maraqlarının qorunmasına xidmət edir.

Modern.az xəbər verir ki, bunu İran prezidenti Maəsud Pezeşkian bəyan edib.

“Biz heç vaxt düşmən qarşısında baş əyməyəcəyik və əgər dialoq və ya danışıqlardan söhbət gedirsə, bu, kapitulyasiya və ya geri çəkilmə demək deyil”, – deyə İran prezidenti X sosial şəbəkəsində yazıb.

“Əksinə, məqsəd İran xalqının hüquqlarını qorumaq və milli maraqları qətiyyətlə müdafiə etməkdir”, – o əlavə edib.