Bakı. Trend:
Hindistanın Baş naziri Narendra Modi Yaxın Şərqdəki böhranın
nəticələri ilə əlaqədar olaraq, koronavirus pandemiyası zamanı
tətbiq edilən məhdudiyyətlərə qayıtmağın zəruri olduğunu
düşünür.
Trend-in məlumatına görə, bu barədə baş naziri Haydarabad
şəhərində çıxış edərkən deyib.
Baş nazir xarici valyutaya qənaət etməyin və enerji idxalından
asılılığı azaltmağın vacibliyini vurğulayıb. Bundan əlavə, N. Modi
Hindistan vətəndaşlarının istehlak vərdişlərini yenidən nəzərdən
keçirməli olduqlarını deyib.
“Xaricdə toy mərasimləri, xaricə səyahətlər və xaricdə istirahət
mədəniyyəti orta təbəqə arasında geniş yayılmaqdadır. Bu böhran
dövründə beynəlxalq səyahətləri ən azı bir il təxirə salmağa qərar
verməliyik”, – deyə o qeyd edib.

